Boyanalı çolpabackend

Boyanalı çolpa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 ədəd kənd çolpası
1 dəstə boyana otu
200 qr düyü
50 qr kərə yağı
20 qr bitki yağı
Duz, istiot

Hazırlanması:

Kənd çolpasına bitki yağı çəkilir, duz, istiot vurulur.
Düyü adi qaydada qaynadılır, üzərinə xırda doğranmış boyana otu əlavə edilir, süzülür.
Düyünün üzərinə əridilmiş kərə yağı gəzdirilib çolpaya doldurulur.
Çolpa istiyədavamlı qaba qoyulur, 150 dərəcəyədək qızdırılmış sobada 30 dəqiqə bişirilir.

İnterpress.az