Bu kimi ürək xəstəliklərinin qarşısını almaq üçün, qidalanmağımıza diqqət edilməlidir. Damar tıxanmasının qarşısını alan qidalara gündəlik menuda daha çox yer verilməlidir.
Bu qidaların siyahısı ilə isə Qadinklubu.com-un təqdim etdiyi yazıda tanış ola bilərsiz.
Badam
E vitamini, həll olunan lif və doymamış yağlar baxımından olduqca zəngin olan badam, tərkibindəki antioksidanlar nəticəsində damarlardakı ziyana mane olar.
Sarıkök
Sarıkök damar təmizliyində ən təsirli ədviyyatlardan biridir. Ayrıca damar sərtliyini önləyər və yağ yığılmasına mane olar.
Nar
Tərkibindəki antioksidanlar nəticəsində qan axışını artırır və damarların tıxanmasının qarşısını alır.
Yaşıl çay
Yaşıl çay, damarlara ziyan verən oksidativ stresi azaldır və damarları təmizləyir. Tərkibindəki antioksidanlar xolesterolu salır və bununla da ürəyi qoruyur.
Yulaf
Yulaf, xolesterolu salır və damarları təmizləyir.
Darçın
Antioksidan anbarı olan darçın, qandakı şəkəri aşağı salır və bu damarlar üçün çox faydalıdır. Gündə 1 çay qaşığı darçının qandakı yağ nisbətini% 26 nisbətində azaltdığı da məlum olmuşdur.
Zeytun yağı
Aralıq dənizi ölkələrində ürək xəstəlikləri görülmə nisbətinin daha az olması zeytun yağının nəticəsidir. Tərkibindəki antioksidantlar xərçəngin qarşısını alır və təzyiqi salır.
Brokoli
K vitamini və lif baxımından zəngin olan brokoli xolesterolu və təzyiqi salır. K vitamini damarlardakı kalsium səviyyəsini tarazlayır.
Qulançar
Qulançar, damarlardakı təzyiqi azaldır və bu sayədə qan axışını sürətləndirir. (qadın klubu)
İnterress.az