Narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıbbackend

Narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Tehran-Bakı-Tbilisi aviareysi ilə tranzit qaydada gələn, sonradan isə Tbilisi-İstanbul-Frankfurt aviareysi ilə Almaniyaya getmək istəyən 2 nəfər İran vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq onlardan birinə məxsus baqaja gömrük yoxlaması keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı çamadanın içərisində olan şəxsi əşyaların arasındakı polietilen paketdən birində 1 135, digərində 1 150 ml qəhvəyi rəngli xüsusiyyətə malik şüşə şəkilində maddə olan 2 ədəd plastik qablar aşkar olunaraq protokol əsasında götürülüb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi və bioloji ekspertizasının nəticələrinə görə isə 2 ədəd 1 litrlik plastik qablardakı ümumi çəkisi 2000 ml həcmində tünd qəhvəyi rəngli, spesifik tiryəkiyli, qatılaşmış maye – tiryək məhluludur və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi miqdarı 1161,6 qram (1 kq 161,6 qram) təşkil edir. (apa)

İnterpress.az