Ötən gün azərbaycanlı məşhurlar serebral iflic xəstəliyindən əziyyət çəkən balaca Hüseynə kömək etmək üçün xeyriyyə tədbirinə toplaşıblar.
Afaq Gəncəlinin aparıcılıq etdiyi aksiyada əməkdar artistlər Lalə Məmmədova, Ədalət Şükürov, estrada müğənniləri Emil Bədəlov, Aysel Əlizadə, Xatun Əliyeva, Lətifə Soyuöz, Natavan Həbibi, Gülay Zeynallı və başqaları çıxış ediblər. Onlar qutuya pul ataraq, Hüseynin sağalması üçün yardım ediblər.