Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bu gün saxlanılan general Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir şəhərindəki 7-ci korpusunun komandanı, general-polkovnik İbrahim Yılmazdır.
O, bu vəzifəyə müvəqqəti olaraq hərbi çevriliş cəhdinə görə saxlanılan Türkiyə Silahlı Qüvvələrinin Malatya şəhərindəki 2-ci ordusunun komandanı, ordu generalı Adem Hudutinin yerinə təyin edilmişdi.
Azadlığa buraxılan general isə dünən həbs olunmuşdu.
O, general-mayor Atilla Darendelidir. Sərbəst buraxılan general polisin nəzarəti altına verilib və onun ölkədən çıxmasına qadağa qoyulub.
A. Darendeli iyulun 20-də Eskişehirdə saxlanılmışdı.
İnterpress.az