Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də Rusiyanın Türkiyəni dövlət çevrilişi barədə xəbərdar etməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Peskov belə bir məlumatın olmadığını və yayılan xəbərlərin tamamilə yalan olduğunu açıqlayıb:
\”Belə xəbərləri yayan agentliyin hansı mənbələrə istinad etdiyini bilmirəm”
Xatırladaq ki, İranın \”Fars\” agentliyi Rusiyanın dövlət çevrilişi barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq etdiyini iddia edib.(modern)
İnterpress.az