Azərbaycanda 400-ə yaxın orqan köçürülməsi aparılıbbackend

Azərbaycanda 400-ə yaxın orqan köçürülməsi aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası söbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi danışıb.

Azərbaycanda 2 orqanın – qaraciyər və böyrək transplantasiyasının 2008-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirildiyini deyən M.Kazımi əlavə edib ki, transplantasiya əməliyyatları onun rəhbərliyi ilə sırf Azərbaycan komandası tərəfindən aparılır.

M.Kazıminin sözlərinə görə, yalnız Azərbaycanda deyil, bütün dünyada orqan transplantasiyası olunan və buna ehtiyacı olan xəstələrin sayı gündən-günə artmaqdadır. Bunun səbəbləri diaqnostik müayinə üsullarının daha da mükəməlləşməsi, alternativ müalicə üsullarının – transplantalogiyanın daha aktiv və özünü doğruldan mərhələyə çatmasıdır. Digər tərəfdən, bır sıra faktorlar – ekoloji mühit, qidalanma və s. nəticəsində də orqan çatışmazlığı olan xəstələrin sayı artır: “Təəssüf ki, beyin ölümü konsepsiyası işlənilmədiyi və meyitdən orqan transplantasiyası proqramına hələ də başlanılmadığı üçün biz yalnız və yalnız canlı donorlardan- qohum donorlardan orqan transplantasiyası əməliyyatları həyata keçiririk. Qohumların xəstəyə böyrəklərinin birini, qaraciyərinin isə bir payını verə bilmək şansı var”.

M.Kazımi deyib ki, əməliyyat etdikləri bütün xəstələrin hamısına orqanları qohumları bağışlayıb: “Həm qanun, həm də tibbi etika baxımından orqan alış-verişi ola bilməz. Bizim də əməliyyat etdiyimiz xəstələrin hamısına orqanlarını qohumları bağışlayıb. Burada alqı-satqı söhbəti ola bilməz”. (trend)

İnterpress.az