İtaliyanın \”Corriere della Sera\” qəzetində çıxan xəbərə əsasən işdə, evdə və hətta restoranlarda gözlərini kompyuter ekranından ayırmadan yemək yeməyi vərdiş halına gətirmiş insanların sayının get-gedə artdığı qeyd edirlər.
Bu günlərdə bu mövzuda araşdırma aparan alimlər bunun heç də yaxşı bir vərdiş olmadığını meydana çıxardı.
İngiltərədəki Bistrol universitetində işləyən alimlər iki qrupa ayırdıqları iştirakçılara eyni menyudan ibarət bir günorta yeməyi verdi.
İlk qrupdan yeməklərini kompüterdə oyun oynayaraq yeməklərini istəyən tədqiqatçılar digər qrupdakıların isə normal bir şəkildə masada yemək yeməsini təmin etdi.
Araşdırmada yeməkdən sonra ilk qrupdakılarda toxluq hissinin digərləri ilə müqayisədə daha az olduğu və bu insanların yeməkdən yarım saat sonra daha çox şirniyyat yediyini müşahidə etdi.
İnsanın yemək yeyərkən diqqətini başqa şeylərə cəmləşdirməsinin fərqində olmadan onun daha çox kalori qəbul etməsinə səbəb olduğunu bildirən tədqiqatçılar kompyuterdə oturarkən yemək yeyənləri xəbərdar etdi. (leydi.az)
İnterpress.az