Hadisə magistral yolun 50-ci kilometrliyində qeydə alınıb. Təxminən 45-55 yaş arasındakı kişi yolu keçmək istəyərkən \”Opel\” markalı avtomobil tərəfindən vurulub. Hadisə yerinə təcili yardım çağırılsa da, hələlik kimliyi bilinməyən piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə, piyada yaxınlıqdakı kafedən çıxıbmış. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Sürücü ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir. ( apa )
İnterpress.az