Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Şuranın şöbə müdiri Təvəkkül Dadaşov \”Space\” TV-nin efirinə çıxarılan əcnəbi aparıcının Azərbaycan dilinin qaydlarını pozması məsələsinə münasibət bildirərkən deyib. T.Dadaşov bildirib ki, həmin qaydalara görə, səlis, aydın və mükəmməl nitqə malik aparıcıların seçilməsi və işə qəbul olunması televiziya və radio yayımçılarının səlahiyyətinə aid olduğundan aparıcıların efir məsuliyyəti də bilavasitə yayımçıların məsuliyyəti kimi dəyərləndirilməlidir: \”Space\” televiziyasının efirinə çıxarılan əcnəbi aparıcının nitqində müəyyən qüsurlar var. Artıq iyulun 20-dən sözügedən aparıcınının başqası ilə əvəz edildiyi müşahidə olunub. Lakin həmin aparıcının nitqini təkmilləşdirərək efirə çıxmasında heç bir problem yoxdur. Kanalın qanunvericiliyin tələblərini pozmadan fərqli eksperimentlərdən istifadə etməsi normaldır\”.
Qeyd edək ki,\”Space\” televiziyasında iyulun 18-dən hava proqnozunu əcnəbi qadın Tendai Sherenin təqdim edib. Bu da ictimaiyyət tərəfindən müzakirələrə səbəb olub. Bu gün isə yayılan məlumata görə, artıq əcnəbi xanım efirdən uzaqlaşdırılıb.
İnterpress.az