“Mambo Beach Baku”da keçirilən gecədə Dünya Gözəllik Konqressinin prezidenti Zamir Hüseynov, aparıcı-aktyor Şəhriyar Əbilov,rejissor Cəlal Kəngərli, tanınmış təşkilatçı WBC-nin Qafqaz ölkələri üzrə direktoru Aqil Məmiyev, dünyanın 5 ən yaxşı xareoqraflarından biri Yuliana Hüseynova, stilist Fatima Əkbər, Alfaparf milano şirkətinin direktoru Alla Fərzəliyeva münsif kürsüsündə əyləşiblər.
Gecədə 34 nömrə altında yarışan Sona Kərimova “Miss Regal” Azerbaijan 2016 tituluna sahib çıxaraq ölkəmizi iyulun sonu, Amerikada Karib adalarında yerləşən Antigua və Barbuda Respublikasında təmsil edəcək.
8 nömrəli iştirakçı Yusif Cəfərli isə \”Mister Univarsal Ambassador\” Azerbaijan 2016 tituluna sahib çıxaraq, ölkəmizi sentyabr ayında İndenoziyanın Bali və Yava adalarında təmsil edəcək.
Yarımfinaldan final mərhələsinə 50 iştirakçı seçilib ( 25 qız, 25 oğlan).Xanımlar və bəylər podiuma iki geyimdə ( sport və ziyafət) çıxıblar.
İnterpress.az