11 məcburi köçkün ailəsi dözülməz şəraitdə yaşayır – VİDEObackend

11 məcburi köçkün ailəsi dözülməz şəraitdə yaşayır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burada yaşayan 11 ailə cəmi bir hamam və tualetdən istifadə edir. Əgər istifadə etmək mümkün olsa. Elektrik naqillərinin üzəri açıq olması xüsusilə də uşaqlar üçün təhlükəlidir.

Sakinlər deyir ki, problemlə bağlı Xətai rayon İcra Hakimiyyətinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də əncam çəkən olmayıb.

Xətai rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaməddin Əkbərov binanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olduğunu bildirib. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə həmin binanın onların balansında olmadığını, ancaq problemdən xəbərdar olduqlarını deyib. Sakinlərin köçürülməsi məsələsinə gəldikdə isə, Elçin Qədimov bildirib ki, hazırda qurumda boş mənzil yoxdur. Ancaq gələcəkdə bu proses mərhələli şəkildə həyata keçiriləcək. (milli.az)

İnterpress.az