Lukaşenko: “Ermənistanda baş verənlər bizə lazım deyil…”backend

Lukaşenko: “Ermənistanda baş verənlər bizə lazım deyil…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko bunu bu gün \”Mogilyevliftmaş\” zavodunun əməkdaşları ilə görüşündə deyib.

\”Heç bir şeydən qorxmayın, kimin haqqında nə istəsəniz, mənə deyə bilərsiniz, amma unutmayın ki, Türkiyədə olduğu kimi, prezident və hökumətə qarşı “döyüşmək” yalnız seçkilərlə mümkündür. Parlament seçkiləri olacaq – gedin və kimi istəyəcəksinizsə, ona səs verin. Prezident seçkiləri gələcək, onda da kimi istəyərsiniz, onu seçərsiniz”, – deyə KİV A.Lukaşenkonun dediklərindən sitat gətirir.

O, söz verib ki, ayrı-ayrı insan qruplarının küçələrə çıxıb qarışıqlıq yaratmaq cəhdlərinə hakimiyyət dərhal reaksiya verəcək.

“Çünki əks halda Ermənistan və Qazaxıstandakı kimi olacaq, bu isə bizə lazım deyil. Bu infeksiya, xəstəlikdir. Və əgər artıq cəmiyyətdə kök atıbsa, xərçəng kimi dərhal inkişafa başlayır \”, – deyə prezident xəbərdarlıq edib.

\”Və onda onu dayandırmaq üçün çoxlu səy, vəsait və Allah eləməsin, insan həyatı lazım olacaq”, – deyə Lukaşenko fikrini yekunlaşdırıb. (virtualaz.org)

İnterpress.az