Salyanda 300 qram narkotik maddə yandırılıbbackend

Salyanda 300 qram narkotik maddə yandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Salyan rayon Polis Şöbəsinin ərazisində bu ilin 6 ayında məhkəmə hökmləri ilə müsadirə edilmiş 60 qram tiryək,180 qram qurudulmuş marixuana və 50 qram həşiş kimi narkotik vasitələr yandırma üsulu ilə məhv edilib.

Narkotik maddələrin yandırılması prosesi aidiyyati qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, yandırılan narkotik vasitələr məhkəmə qərarı ilə məhkum edilmiş vətəndaşlardan götürülüb.

Hazırda onlar cəzalarını dəmir barmaqlıqlar arasında çəkirlər. (report)

İnterpress.az