Lənkəranda yol qəzası: 2 nəfər ölüb, 1 nəfər xəsarət alıbbackend

Lənkəranda yol qəzası: 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gecə Ələt-Astara magistralında qeydə alınıb.

Rusiya Federasiyasına məxsus VAZ-21099 markalı minik avtomobili \”\”Ford\” markalı avtomobillə toqquşub.

Güclü zərbədən \”VAZ -21099\”-un sürücüsü, rayonun Xanbulan kənd sakini, 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və sərnişini olan həmkəndlisi, 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Minik avtomobilinin digər sərnişini, rayonun Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az