Hadisə rayonun Boyad kəndində qeydə alınıb. Kənd sakini Loğman Rəhimov əmisi oğlu Elsun Rəhimova bıçaqla xəsarət yetirib. Xəsarət salan şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Hadisəni törədən L. Rəhimov saxlanılıb. İlkin araşdırma zamanı hadisənin ehtiyatsızlıqdan baş verdiyi məlum olub.
(apa)
İnterpress.az