Tənzilə Rüstəmxanlı Rauf Arifoğlunu təbrik etdi…backend

Tənzilə Rüstəmxanlı Rauf Arifoğlunu təbrik etdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün canlılar yaşayır, onlar da bizim kimi nəfəs alır, yeyir, içir və gəzir, lakin bizi onlardan fərqləndirən zəkamız və yaşadığımız həyat tərzini Allahın bizə verdiyi ağlımıza uyğun seçməyimizdir.

Ağlı olan insanlar Allahın onlara verdiyi bu qısa ömrü mənalı və yararlı bir şəkildə istifadə edirlər, bəzən hayatımızı istədiyimiz kimi yaşamadığımız zaman buna alın yazısı deyərək, günahıyla, savabıyla Allaha sığınırık.

Eziz Rauf bəy, men sizi ömrünü ağlı ilə yaşayanlardan hesab edirəm. Siz çox gənc yaşlarında Azərbaycan cəmiyyətində yetərincə tanınmış bir insansınız. Tale elə getirib ki, sizin gencliyiniz Azərbaycanımızın çox önəmli və mürəkkəb dönəminə təsadüf edir, əgər buna təsadüf deyilərsə. Bəlkə elə bu da bir alın yazısıydı ki, Allahım onu sizin ömrünüzə yazmışdır. Mən sizi uzun illərdir tanıyıram və dost deyərək həyatımıza buraxdığımız çox nadir insanlardan birisiniz.
Biz dostlarımızı ağır gündə sınayarıq ki, yaman günde yeri görək hardadır?

Yeri üreyimizdə olan dostumuzsan. Hər kəs etdiyi yaxşılıqlar qədər insanların yaddaşında yaşayar. Allah sizə belə gözəl bir ömür nəsib eləsin ki, o yaxşı işləriniz savab olarak, Dua olarak evladlarınızın qarşısına çıxsın. Bir Ata kimi hər zaman övladınızla qürur duymağı arzu edirəm, oğlunuz və qızlarınız bir işıq olsun yolunuzda onların çox gözəl günlərinə şahidlik edəsiniz. Azerbaycanın müstəqilliyində, söz azadlığında, özgür mətbutın yaranmasında, formalaşmasında apardığınız mübarizə və bu yolda çəkdiyiniz əziyyətlər bizim gözlərimizin önündə baş vermişdir. Bizlər bunu bilir və teqdir edirik.
Əminəm ki, övladlarınız da bunu bilir və bu şəxsiyyətin onların Atası olduğu üçün hər zaman sizinlə qürur duyacaqlar. Allah sizə onların qürurunu yaşatsın. Onlarla başınız hep uca olsun, kimsənin yanında onlarla sınağa çekilməyəsiniz. Ömrünüzün mənalı qismi, hələ irəlidədir. Hələ gözəl günləri və anlamlı yaşam tarixinizi bundan sonra yazacaqsınız. Tarixdə qalanlardan olasınız. Qələminiz hər zaman namuslu sözün işiğında Türk Dünyamız üçün azadlıq dastanı yazsın.Siz hər zaman Türkün və Türk Dünyasının yanında oldunuz. Seçiminizi hər zaman Dövlətdən, Millətdən yana qoydunuz. Allah da sizdən yana olsun. Təbriklər və sağlıqlı ömürlər,ailənizlə birlikdə.

Interpress.az