Prezident İlham Əliyev Angela Merkelə başsağlığı veribbackend

Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başsağlığı məktubda deyilir: “Hörmətli xanım Federal Kansler, Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, dünən Münxendə ticarət mərkəzinə edilən silahlı hücumda 10 nəfər ölüb, xeyli insan yaralanıb.

İnterpress.az