Bədəni təmizləyir, cinsi gücü artırırbackend

Bədəni təmizləyir, cinsi gücü artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk növbədə onu deyək ki, süfrələrimizin imtina edilməz tərəvəzi olan kartof mineral duzlar və vitamin baxımından çox zəngin bir qida qaynağıdır. Qida dəyəri çox yüksək olan bu şəfa qaynağı tərəvəz…

– Həzmi asanlaşdırır və mədə qazlarını aradan qaldırar.

– Xüsusilə C vitamini ilə zəngin bir qida olduğu üçün gündə 1 orta boy yeyildikdə, bədənin C vitamini ehtiyacının 30 faizini qarşılayır.

– Potasiumla zəngin, sodium baxımından aşağı olması səbəbindən ürək-damar sağlamlığını da qoruyucu xüsusiyyətə malikdir.

– Selenium baxımından zəngin bir tərəvəz olan kartof troidin də nizamlı işini təmin edir.

– Manqan tərkibi yüksək olduğu üçün dəri sağlamlığında əhəmiyyətli bir təsirə malik olan bu tərəvəz dərini də gözəlləşdirir.

– Bol lifli bir tərəvəz olduğu üçün bağırsaqları fəaliyyətə gətirir və təmizləyici xüsusiyyəti də var.

– Bədəni toksik maddələrdən təmizləyərək, qanı durulaşdırır, hüceyrə yeniləyici xüsusiyyəti var.

– Quruluşunda saxladığı fosfor sayəsində isə cinsi gücün artmasını təmin edir.

– Təbii şəfa qaynağı olan kartof xərçəngə qarşı da qoruyucu xüsusiyyətə malikdir.

– B vitaminləri ilə zəngin olması sinir sistemini tənzimləməsinə kömək olur. Halsızlığa və yorğunluğa qarşı təsirlidir.

– Qan şəkərini yüksəltdiyi üçün şəkər xəstələrinin və ya insulin müqaviməti olan insanların diqqətli yeməsi məsləhətdir.

– Təsirli virusları yox edir və immunitet sistemini gücləndirir.

– Vitamin və mineral duzların böyük bir qismi qabığında toplandığı üçün kartofun (qızartma xaric) qabıqlı yeyilməsi təklif edilir. (brifinq)

İnterpress.az