Qazaxda “MAN” markalı yük maşını, Mingəçevirdə isə mənzil yanıbbackend

Qazaxda “MAN” markalı yük maşını, Mingəçevirdə isə mənzil yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Intrpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Daş Salahlı kəndində (rayon mərkəzindən 14 km aralı) baş verib. \”MAN\” markalı yük avtomobilinin qoşqusunun təkərləri və işıqlandırma sistemi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 51 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 2 kv.m sahədə mətbəx mebeli yanıb. Mənzil yanğından mühafizə olunub.

Interpress.az