Uzunömürlülərin sayı artacaqbackend

Uzunömürlülərin sayı artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm adamlarının fikrincə, 2050-ci ildə insan ömrü orta hesabla rekord həddə – 100 ilə çatacaq. Hesablamalara görə, uzunömürlü əhalisi olan ölkələr siyahısında ilk yeri Çin, ikinci ABŞ, üçüncü yeri isə Yaponiya tutacaq.

Alimlər insan ömrünün uzadılmasına kömək məqsədilə bir sıra məsləhətlər də veriblər. İlk növbədə ev heyvanı saxlamaq və onunla hər gün gəzintiyə çıxmaq məsləhət görülür. Maddələr mübadiləsinin yaxşılaşdırılması, stresin azaldılması, immun sisteminin bərkidilməsi də əsas şərtlərdən hesab olunur. İmmun sisteminin bərkidilməsi və qan dövranının yaxşılaşmasında səhər yeməyi, təmiz hava və tənzimlənmiş yuxunun böyük rol oynadığı bildirilir. Ömrü uzatmağın sirlərindən birinin də meyvə-tərəvəzdən istifadə olduğu qeyd edilir.

Bundan əlavə, içki və tütün kimi pis vərdişlərdən imtina olunması məsləhət görülür ki, bunlar yüksək qan təzyiqi, qan laxtalanması, xərçəng, depressiya kimi bir sıra xəstəliklərin riskini artırır.

İnterpress.az