2 yaşında uşaq anasını qətlə yetirdibackend

2 yaşında uşaq anasını qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölən gənc qadının atası Andre Price, qızının hadisə əsnasında təhlükəsizlik işçisi olan iş yoldaşının avtomobilini idarə etdiyini bildirib. Milvaukee polisi də Patrice Price adındakı qadının Çərşənbə axşamı günü, kürəyindən tək güllə ilə vurulduğunu təsdiqləyib. Hadisə əsnasında, Patrice-nin 2 yaşındakı oğlu da avtomobildə olub. Avtomobilin arxa oturacağında əyləşən 2 yaşlı uşaq, anasının iş yoldaşı olan və təhlükəsizlik görəvlisi olaraq fəaliyyət göstərən şəxsin silahını əlinə götürərək ehtiyatsızlıqdan anasına atəş açıb.

Patrice-nin atası Andre, qızının çox savadlı və dünyagörüşlü biri olduğunu vurğulayaraq deyib: \”Artıq həyatda deyil, içim ağrıyır, ürəyimdə bir düyün var sanki. Qızımı görməyimə, onu son dəfə qucaqlamağıma belə icazə vermədilər\”.
Qeyd edəki ki, ABŞ-da ötən ayda 4 yaşındakı bir uşaq da ehtiyatsızlıqdan anasına atəş açaraq onu ağır yaralamışdı.