ANAMA 3 partlayış yerinə baxış keçirdibackend

ANAMA 3 partlayış yerinə baxış keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baxış nəticəsində partlamış iki hərbi sursatın “9M22U” qrad raketinin qalıqları aşkar edilərək götürülüb. Gün ərzində 6 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyulun 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 629 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, çaxır zavodu və çınqıl karxanası ərazisinə baxış keçirilib. Yoxlamalar nəticəsində 1594 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir. (femida.az)

İnterpress.az