Interpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib.
Evin 1-ci mərtəbəsində məişət qaz balonunun alışması nəticəsində bir otağın ev əşyaları 12 kv.m sahədə yanıb, yüksək temperaturdan otağın və dəhlizin tavanı 17 kv.m sahədə qarsalanıb.
Interpress.az