İyulun 24-dən 30-dək Əmman şəhərində (İordaniya) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində \”məsləhətçi görüş\”, iyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya) birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Interpress.az- a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
Interpress.az