Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin məlumatına görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd partlamamış hərbi sursat (O-412, 100 mm-lik top mərmisi) götürülərək, zərərləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.
Interpress.az