Bir müddət əvvəl Serj Sarkisyanın yaxın adamı-oliqarx, hakim partiyanın Ermənistan parlamentindəki deputatı Mqer Sedrakyanın silahlı dəstəsi Yerevandakı polis polkunu ələ keçirən qiyamçıları dəstəkləyən 6 nəfər fəalı girov götürmüşdü.
Virtualaz.org-un xüsusi nüxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, girovlar M.Sedrakyanın şəhər ətrafındakı evinin zirzəmisində saxlanılıb və onlara işgəncə verilib.
Xatırladaq ki, keçən il məhz M.Sedrakyanın bu silahlı qrupu Vahan Martirosyanın da mənzilinə basqın etmiş, ona və ailəsinə qarşı fiziki zor tətbiq etmişdi.
Elə həmin intiqam olayından sonra V.Martirosyan əvvəl Tbilisiyə, oradan isə Bakıya qaça bilmişdi.
İstisna olunmur ki, haqqında söhbət gedən həmin 6 fəal da qaçaraq Azərbaycana gələcək.
İnterpress.azhttps://youtube.com/watch?v=H2pf9nWgwrA