Hadisə bu gün saat 18 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.
Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)
İnterpress.az