Hadisə iyulun 24-də şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
“VAZ 2107”, “Mercedes” markal minik avtomobili və “Mercedes” markal mikroavtobusun toqquşması nəticəsində “VAZ”-da olan 2 qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 1989-cu il təvəllüdlü Şəhla Məmmədovanın vəziyyətinin orta ağır olduğu bildirilir. Digər qadına ilkin tibbi yardım göstərilib, o, ambulator müalicə almaq üçün evə buraxılıb
Faktla abağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)
İnterpress.az