Xatırladaq ki, iki gün əvvəl MTN rəhbərinin sabiq müavini Hilal Əsədovun nazirliyin Monitorinq Mərkəzinin hazırda həbsdə olan sabiq rəisi Teymur Quliyevin cinayət işi üzrə istintaq tərəfindən dindirildiyi barədə xəbər yayıb.
Həmin xəbərdə bildirilir ki, Hilal Əsədov yüksək vəzifəli şəxslərin və onların övladlarının telefonlarının qanunsuz dinlənilməsi ilə bağlı suallara cavab verib.
Bu arada isə isə Gununsesi.info-ya “vurulmuş” generalla bağlı daha bir məlumat daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Hilal Əsədovun 14 saylı uşaq poliklinikasının baş həkimi işləyən həyat yoldaşı Nüşabə Əsədovanın tutduğu vəzifədən kənarlaşdırılması qərara alınıb. Hazırda öz ərizəsi hesabına uzunmüdətli məzuniyyətə “gedən” Nüşabə Əsədovun yerinə təyin olunacaq şəxsin də kimliyi bəllidir.
Nüşabə Əsədovanın həyat yoldaşının qanunsuz əməllərinə görə, “vurulması” çoxdan gözlənilsə də nədənsə, o, bir neçə aydır ki, vəzifəsində qalırdı.
Poliklinika ilə əlaqə saxlayan əməkdaşımıza Nüşabə Əsədovanın həqiqətən məzuniyyətə getdiyi bildirilib. Adının çəkilməsini istəməyən həkimlərdən biri isə baş həkimin gedərkən, şəxsi əşyalarını da apardığını deyib. (gununsesi.info)
İnterpress.az