Bu sözləri Çeçenistan lideri Ramzan Kadırov öz İnstaqram səhifəsində paylaşıb.
Onun sözlərinə görə, son 37 il ərzində Əfqanıstan sülhə bir addım belə yaxınlaşmayıb:
“ABŞ Ben Ladenlə mübarizə adı altında on illərdir ki, bu ölkədə vətəndaş müharibəsini qızışdırır. ABŞ və NATO Əfqanıstan problemini iki ilə həll edə bilərdi. Sadəcə, onlara daim davam edən böhran lazımdır”.
Qeyd edək ki, bundan öncə Kabildə terakt baş verib. Nəticədə 80 nəfər həlak olub. Terakta görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. (musavat)
İnterpress.az