Tərkib:
6 dilim qarpız
300 qr çerri pomidoru
200 qr \”mozzarella\” pendiri
3 x.q. zeytun yağı
1 x.q. limon suyu
1 x.q. limon qabığı
1/4 dəstə nanə
1 ç.q. sumax
duz, istiot
Hazırlanması:
Qarpız çəyirdəklərindən təmizlənib kvadrat şəklində doğranır.
Pomidor iki və ya dörd hissəyə bölünür.
Suyu süzülmüş pendir kiçik dördkünc doğranır.
Yağ, limon suyu, limon qabığı, sumax, duz, istiot qarışdırılıb doğranmış ərzaqların üzərinə gəzdiirlir.
Salat nanə yarpaqları ilə bəzədilib servis edilir.
İnterpress.az