Avtomobil 27 yaşlı velosipedçini vuraraq öldürdübackend

Avtomobil 27 yaşlı velosipedçini vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay rayonunun Ləkçiplaq kəndi ərazisində qeydə alınıb. Rayonun Ləkçiplaq kənd sakini 1959-cu il təvəllüdlü Hümbət Qədirov 10-FS 469 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən havanın qaranlıq vaxtı yolun kənarı ilə velosipedlə hərəkət edən həmkəndlisi, 1989-cu il təvəllüdlü İbrahimov Qurban Telman oğlunu vurub.

Qurban İbrahimov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

İnterpress.az