Qadınla kişi arasındakı ideal yaş fərqi araşdırılıb.
Araşdırmaçılar kişilərin qadınlardan 4 il 4 ay böyük olmasının sevgini gücləndirdiyini deyib. Araşdırmada 2000 qadın iştirak edib və anketə cavab verib. Sonda məlum olub ki, kişinin 52 ay böyük olması münasibətlərə daha yaxşı təsir edir. Anketə qatılan qadınların 1 faizi isə partniyorunun kiçik olmasının tərəfdarıdır. Qadının kişidən böyük olması sevgidə ciddi problemlərə yol aça bilər.
Kişilər sürətlə hərəkət edir
Amerikanın sevgli tapmaqda kömək edən saytlarından biri qadınların və kişilərin sevgilərini necə elan etdiyini araşdırıb. Bəlli olub ki, kişilər sevgisini elan etmək üçün 134 gün gözləməli olur. Qadınlar kişilərə nisbətən sevgisi daha gec elan edir. İnsanların 77 faizi sevgilisinə “Səni sevirəm” dediyi günü xatırlayır. Kişilər həqiqi sevginin 1, 2 həftə sonra reallaşdığına inanır.
Yaş fərqi avantajdır
Həkim Tuncay Özgünen (Çukurova Üniv. Fizyoloji Bilim Dalı): Kişilər üçün özündən yaşca balaca qadınla birlikdə olmasını avantaj hesab edib. Çünki onların cinsi istəyi ömür boyu çəkə bilər. Qadın menopoza girdiyi zaman, kişinin özündən 10 yaş böyük olması avantajdır.
Türkiyəli mütəxəssis Meliha Karayay (Hattat Xəstəxanası Psixoloq): Qadının böyük olması ideal hesab olunmur. Kişilər 5-6 yaş böyük olmalıdır. Qadınların çoxu yaşca özündən daha böyük kişilərə heyranlıq duyur. Təhsilin nə olmasında asılı olmayaraq, kişilər özünü qadınlardan daha güclü ifadə edir.
Kişilər böyük olmalıdır
Kişilərin böyük olması, hər iki tərəf üçün də üstün hesab edilən bir vəziyyətdir. Qadınlar kişilərin böyük, ağıllı, xarizmatik və yetkin olmasını arzu edir. Bunun üçünsə kişilərin böyük olması laızmdır. 5 ilə 10 il ideal hesab edilir. Minimum isə 4 yaş böyük ola bilər. Çünki qadının arzuladığı xüsusiyyətlərin gənc və təcrübəsiz bir kişidə olması mümkünsüzdür.
İnterpress.az