Ermənistanda miqrasiyanın gətirdiyi fəlakətlə əlaqədar “HRAPARAK” qəzetinin müxbiri ölkənin məşhur demoqrafik məsələlər üzrə sosioloqu A. Adıbekyana bir neçə sual ilə müraciət etmişdir.
– Erməni qadınlar ölkəmizdəki sosial səbəblərdən uşaq olmasını istəmirlər?
-Ermənistanda ailələr qeyri-sabit vəziyyətdə yaşayırlar. Hər dörd ailədən bir ya da ikisində ailənin atası yaşamır. Bizdə hal-hazırda 300 minə qədər uşaq ata qayğısı görmədən böyüyürlər. Əslində bu acınacaqlı faktdır və bu öz mənfi təsirini uşaqlar böyüdükdən sonra göstərəcək. Ona görə ki, Beynəlxalq Statistikaya görə, qatı cinayətkarlar, narkomanlar, içki aludəçiləri və cinsi azlıqların dörddə-üçü atasız ailələrdən olanlardır. Biz bütün bunları sonradan hiss edəcəyik.
– Bu nə deməkdir? Qadınlarımız gedirlər xarici ölkələrə və orada çox sevinclə uşaq dünyaya gətirirlər.
-Erməni qadınlar şərait imkan verirsə sevinclə uşaq dünyaya gətirirlər. Rusiyada bir erməni qadının iki və ya daha çox uşağının olması ruslar üçün çox əlverişlidir. Öncə onu deyim ki, erməni qadınların hər ikinci uşağı ermənidən deyil. Qarışıq uşaqlar isə bizim millət üçün sərfəli deyil. İkincisi, ermənilər xristiandır və istər kişilər, istərsə də qadınlar rusları tez yola gətirirlər. Buna görə də rus millətinin azalma prosesi az da olsa ləngiyir. Bu proses həm də başqa ölkələrdən Rusiyaya gəlmiş millətlərin hesabına artır. Ona görə ki, Rusiyada yaşayış tərzi başqa ölkələrə görə nisbətən yüksəkdir. Beləliklə də 2 nəsil sonra Rusiyadakı qarışıq uşaqların hamısı rus olacaqlar.
– Bəs niyə erməni qadınların təkcə Rusiyada çox uşaqları olur?
-Yox, biz təkcə Rusiyanın statistikasını bilirik. Çünki bizim millət ən çox Rusiyada yaşayır, rəsmi olaraq 1,5 milyon. Qalanları qeydiyyatsız yaşayır. Kalininqraddan Kamçatkaya qədər bizim miqrantlar var. Qeyd etmək lazımdır ki, Türkiyədə də vəziyyət heç də ürək açan deyildir.
BDU-nun Erməni araşdırmaları üzrə Böyük Elmi işçisi İsmayıl TANRIVERDİ
İnterpress.az