Parlamentin tətili bu tarixdə başa çatacaqbackend

Parlamentin tətili bu tarixdə başa çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklə bağlı parlamentin komitələrində yeni müzakirələr başlayacaq:

“Cənab prezidentin irəli sürdüyü “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı müvafiq komitələrdə geniş müzakirələr gözlənilir.

Bununla bağlı olaraq yəqin ki, bir sıra qanunvericilik aktlarında da dəyişiklik olacaq”

Milli Məclisin ilk plenar iclası isə komitə iclasları başa çatdıqdan sonra baş tutacaq.

Yəni ilk plenar iclasın sentyabrın yarısından sonra, sonuna doğru baş tutacağı gözlənilir”.

“Milli Məclisinin komitələri haqqında” qanunun 3-cü maddəsinə (Komitənin işinin təşkili) əsasən, komitələr Milli Məclisin növbəti sessiyasının başlanmasına azı bir həftə qalmış növbəti sessiya üçün özünün iş planını təsdiq edir.

Komitənin sədri və sədr müavini Milli Məclisinin aparatı ilə birgə komitənin işini təşkil edir, komitə üzvlərini zəruri sənədlər və materiallarla təmin edir. Komitənin sədri komitənin iş planının yerinə yetirilməsinə nəzarət edir.

İnterpress.az