İki gün hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaqbackend

İki gün hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

İyulun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, həmçinin iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında iyulun 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

İnterpress.az