Nazir: Səfir səviyyəsində işdən çıxarılanlar olacaqbackend

Nazir: Səfir səviyyəsində işdən çıxarılanlar olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə XİN başçısı bildirib ki, Fətullah Gülən təşkilatının üzvlərinin Türkiyə XİN-ə sızması faktı nazirliyin kadrlar şöbəsindəki yüksək vəzifəli şəxslər tərəfindən aşkarlanıb:

\”Türkiyə XİN-ə işə qəbul zamanı klassik formada imtahan keçirilir. Yəni imtahanda türk dilindən ingilis dilinə və əksinə tərcümə olur.

Ancaq suallar və cavablar imtahandan əvvəl iştirakçılara paylanıb. Nəticədə nazirlikdəki mühüm postlara bu şəxslər yerləşdirilib. Hətta onlardan 34 nəfərini Nazirlər Kabinetinə də göndərmişik.

Halbuki Türkiyə Xarici İşlər Nazirliyi dövlətin sirlərinə malik qurumdur. Çünki mühüm danışıqlar nazirliyimiz vasitəsilə həyata keçirilir. Ona görə də həmin xainlərin nazirliyə sızmasının qarşısı alınmalıdır. Bu səbəbdən vəzifəsindən kənarlaşdırılanlar olacaq\”.

Çavuşoğlu Türkiyə XİN-də çalışan həmin şəxslərin xarici dilləri zəif bildiklərini və qeyri-peşəkar olduqlarını bildirib:

\”Araşdırmaları davam etdiririk. Hətta baş katiblik imtahanına 95 nəfər girib, 90 nəfər keçib. Halbuki normal şərtlərdə 1-2 nəfər keçər, 10 faiz heç vaxt keçməz\”.

İnterpress.az