NATO niyə Avropanı terrordan qoruya bilmir?backend

NATO niyə Avropanı terrordan qoruya bilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəticədə Münhendəki terror hücumu zamanı 10 nəfər həlak olub, 21 nəfər yaralanıb, Ansbax şəhərində olan terrorda isə 14 nəfər xəsarət alıb.

Strateji Qiymətləndirmə Mərkəzinin direktoru, rusiyalı politoloq Serqey Qrinyayev baş verənləri NATO-nun Avropanı terrorçulardan müdafiə edə bilməməsi ilə izah edib.

NATO niyə Avropanı terrordan qoruya bilmir?

Onun sözlərinə görə, 2001-ci il 11 sentyabr tarixindən sonra NATO nizamnaməsinin 5-ci maddəsinə terrorizmlə mübarizə məsələsi daxil edildi:

“Lakin sonrakı illərdə Parisdə, Londonda, Brüsseldə, Ankarada, İstanbulda və digər yerlərdə genişmiqyaslı terror aktları törədildi, yüzlərlə insan həlak oldu, minlərlə şəxs yaralandı. NATO heç vaxt bu prosesin qarşısında dayan bilmədi və özünü kənarda saxladı. Buna görə də adi avropalı soruşur: Əgər mən vergi verən kimi, NATO-nun hərbi büdcəsini formalaşdırmaqda iştirak edirəmsə, onda niyə bu təşkilat məni müdafiə etmir?”

Rusiyalı politoloq NATO-nu Rusiyanı hədəf seçməkdə ittiham edib.

“Avropada bütün terror aktlarının arxasında radikal islamçı qruplaşmalar dayanır, lakin NATO əsas təhlükə kimi Rusiyanı görür. Yaxın Şərqdə və Ukraynada əsas təhdid kimi Rusiyanın adını çəkir. Lakin özü Avropada terrorun əsas səbəbi olan Yaxın Şərq problemlərinin həllində iştirak etmir”, – deyə o bildirib.

Politoloq hesab edir ki, yaxın illərdə NATO “soyuq müharibə”nin qalığı kimi öz mövcudluğu ilə vidalaşa bilər.(admiral.az)

İnterpress.az