Kənd sakini Şöhrət Vaqif oğlu Səlimov ona məxsus mağazadan oğurluq olması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Rayon Polis Şöbəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər Yasamal rayon sakinləri Oktay Ağa oğlu Kazımov və Allahverdi Məhərrəm oğlu Qurbanov saxlanılıb. Oğurluqda daha bir nəfərin, Şəmkir rayon sakini Seymur Məhəmməd oğlu Tağıyevin də iştirak etdiyi müəyyən edilib.
Həmin şəxs Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
İnterpress.az