Azərbaycanda beş sığorta şirkəti bağlanacaqbackend

Azərbaycanda beş sığorta şirkəti bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, Palata beş sığorta şirkətinin -“Bakı Sığorta”, “Alfa Sığorta”, “Rəvan Sığorta”, “Başak İnam” və “Azərqarant Sığorta” şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı Maliyyə Sabitliyi Şurasına müraciət edib.

İyul ayının sonuna kimi sığorta şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı qərarın veriləcəyi bildirilir. Adı çəkilən şirkətlərin lisenziyaları ləğv edilsə də, sığorta brokeri və ya agenlik kimi fəaliyyət göstərmə seçimləri olacaq.

Qeyd edək ki, bundan əvvəl iyul ayının 22-də Palata dörd bankın (“Zaminbank”, “Dekabank”, “Kredobank” və “Parabank”) lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul edib. (fins.az)

İnterpress.az