Yunker ifrat dərəcədə alkoqol qəbul edir və çoxlu siqaret çəkir.
“Tütünə sevgisi ilə tanınan Jan-Klod Yunker çaxır yaxud cin-tonik içməkdən heç zaman imtina etməz. Bəzi avropalı məmurlar isə Yunkerin içkili olmadığı zamanlarda çox halsız və bədbin göründüyünü deyirlər”.
Lüksemburq mediası Avropa Komissiyasının sədrini “yüksək gərginlikli həyatı ilə bütün Bressel personalının tanıdığı və böyrək xəstəliklərindən əziyyət çəkən məmur kimi\” təqdim etmişdi.
Avropa Komissiyasının rəsmisi Aleksandr Vinterştayn isə Yunkerin zərərli vərdişləri barədə danışmaq istəməyib və onun tibbi müayinə sənədlərinin ictimaiyyətə təqdim olunmayacağını əlavə edib.
Jan-Klod Yunker 2014-cü ilin noyabrından Avropa Komisiyasının sədridir. Buna qədər isə o, 18 il Lüksemburq hökumətinə başçılıq edib.(modern)
İnterpress.az