Bakı sakini evdən qaçmış sevgilisini axtarırbackend

Bakı sakini evdən qaçmış sevgilisini axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

34-cü Polis Bölməsinə gələrək ərizə yazan Qasımov Talıb Asif oğlu bildirib ki, onunla birgə kirayə tutduğu evdə yaşayan 1991-ci il təvəllüdlü Hətəmova Nəsibə Məmmədhəsən qızı 3 gün əvvəl mənzildən çıxıb. Həmin vaxtdan sonra 25 yaşlı qızla əlaqə saxlamaq, ondan xəbər tutmaq mümkün olmayıb.

T.Qasımov itkin düşən şəxsin xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir. ( lent.az )

İnterpress.az