Bu barədə müxalif “Təsis parlamentinin” fəalı, vasitəçi qismində çıxış edən Alek Eniqomşyan bildirib.
“Hazırda heç bir danışıqlar aparılmır. Vəziyyət donubdur. Bununla belə, artıq 48 saatdır post-patrul alayının ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb, rabitə kəsilib, ərzaq yoxdur, tibbi yardım göstərilmir”, deyə vasitəçi bildirib.
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lər hökumətlə silahlılar arasında vasitəçinin Aşot Minasyan olacağını bildirirdilər.(apa)
İnterpress.az