Çevriliş cəhdinin olduğu gecə doğum sancısı tutan qadın, səhər doğum üçün yola çıxıb.
Ancaq yol da, körpü də bağlı olduğundan körpəni taksidə dünyaya gətirib.
19 yaşındakı Suna Demir körpəsini taksidə dünyaya gətirib. Suna Dəmir, o anlarda yaşadıqlarını belə izah edib:
O həkimdən Allah razı olsun.
\”Körpü bağlı idi, yol da çox uzun idi, sancım daha da çoxalmışdı. Taksidə doğum etdim, xoşbəxtlikdən arxadakı maşında həkim varmış. Səhhətimə baxdı, körpəni qucağıma verdi, doğum etdirdi, o həkimdən Allah razı olsun. \”
Körpəsini tıxacda bir taksinin içində dünyaya gətirən Suna Dəmirin bir qızı olub. Dəmir, \”Körpəm 2 kilo 350 qram doğuldu, çox yaxşıdı, sağlamdır. Mən xəstəxanadan çıxdım, körpəmi də sabah xəstəxanadan evə gətirəcəyik\” deyə bildirib.
Taksi sürücüsünün qadın olduğunu, körpəsinə o qadın sürücünün adını verəcəyini ifadə edən Demir, \”Qızıma, taksi sürücüsü olan qadının adını qoyacağam, adı Reyhan olacaq deyə söz verdik\” deyib.
Suna Dəmirin doğumunda köməkçi olan Anesteziya Mütəxəssisi Dr. Mehmet Çelik isə çalışdığı xəstəxanaya getmək üçün yolda idi. Bir möcüzənin qəhrəmanı olub.
Dr. Çelik isə, \”Taksinin arxa oturacağında yatan və doğum etmək üzrə olan bir qadın olduğunu gördüm. Hadisə yerinə çatmamla birlikdə az qala eyni anda doğum da oldu. Körpə dünyaya gəldi, doğumu reallaşdırdıq. Körpənin göbəyini kəsdik \”deyə o, bildirib.
Doktor Çelik hadisəni, \”Babam və Oğlum\” filmindəki səhnəyə bənzədir: \”Filmi izlədim hətta filmi izlərkən o səhnəni bir az da şişirdilmişini tapmışdım. Belə şeylər ancaq filmlərdə olur. Çevriliş cəhdinin olduğu səhər də eyni bir hadisə, eyni şəkildə başıma gəldi \”.(moderator.az)
İnterpress.az