Xəbər verir ki, Türkiyə telekanallarının \”Nə mutlu erməniyəm deyənə\” sloqanından sonra Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yaşayan on minlərcə soydaşımnız qardaş ölkə mediasıın bu yalnışını qınamaqdadır.
Bu dəfə isə Ukraynada yaşayan və qalmaqallı açıqlamaları ilə gündəmi zəbt etməyi bacaran keçmiş diplomatımız və ötən seçkilərdə Qaxdan deputatlığa namizədliyini verərək qalmaqallı şəkildə marafondan kənarlaşdırılan Paşa Məmmədov Türkiyə telekanallarında yayınlanan məşhur reklam çarxına çox təhqiramiz rəy yazıb:
\”Nə mutlu 80 min olaraq, 78 milliona öz milli mənsubiyyətini saydıranlara…
Elə Türkiyənin özündə 800 min, Ukraynada 250 min, Rusiyada 2 milyon, Gürcüstanda 500 min, İranda 35 milyon olaraq bir p.. yeyə bilməyəndən sonra, günahı kimdə axtarırıq? Düşmanımız qardaşımıza belə özünü saydırandan sonra, istər qardaşımızdan olaq, istər də qardaşlıqdan silək, bunun heç bir faydası yox! Acizliyimizin səbəbini bulmalı və yalnız öz səhvlərimizi axtarmalıyıq ki, qardaşımız belə düşmanımızla sayılıb hesablaşırsa, artıq dostlarımızdan deməkki məhrum olmuşuq\”.
Xatırladaq ki, Paşa Məmmədov 2009-2010-cu illərdə Azərbaycanın Dubaydakı səfirliyində 2-ci katib vəzifəsində çalışıb və həmin postdan kənarlaşdırıldıqdan sonra Ukraynaya köçüb və orada “Qafqaz xalqları Konqresi” ictimai birliyini yaradıb və bu günədək həmin qurumun prezidenti kimi fəaliyyət göstərir. (moderator.az)
İnterpress.az