Göyçay rayonu Potu kəndi ərazisindəki “Şam bağı” kafesində Mallı Şıxlı kəndinin İcra nümayəndəsi Pərviz Əhmədov, baş mühasib Vasif Seyidov və sahə müvəkkili olan Bəxtiyar adlı şəxs birlikdə yemək yeyiblər.
Bir müddətdən sonra içkili vəziyyətdə olan Pərviz Əhmədov, Vasif Seyidov və rayon sakini Bəxtiyar adlı şəxs arasında mübahisə baş verib.
Mübahisə davaya çevrilib və nəticədə Bəxtiyar adlı şəxs ciddi bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq Bəxtiyarın həyatını xilas etmək mümkün olmayıb. Bəxtiyar iyulun 21-də daxiliqanaxma nəticəsində həyatını itirib.
Hadisə ilə bağlı cinayət işinin açılıb və araşdırma gedir. Hadisə iyulun 4-də baş verib. İlkin versiyalara görə, münaqişə rayon sakini Bəxtiyarla mühasib Vasif Seyidov arasında baş verib.
Mübahisəyə səbəb isə haradasa 3 il bundan əvvəl V.Seyidovun kürəkəni ilə Bəxtiyarın oğlu arasında baş vermiş dava-dalaş məsələsi olub. (gününsesi)
İnterpress.az