Birinci vakansıya kral ailəsinin kitabxanasında kataloqlaşdırma üzrə mütəxəssis vəzifəsidir. İş Vindzor qəsrində yerləşir. İllik məvacib 20 000 funt sterlinq (manat ekvivalenti ilə 42 020 manat ) təşkil edir. İşlə bağlı 23 aylıq müqavilə istənilir. Hansı ki bu zaman 2016-ci ilin sentyabrından 2018-ci ilin avqustuna qədər müddət nəzərdə tutulur. Eyni zamanda namizəddən bir neçə Avropa dilini bilməsi tələb olunur.
İkinci vakansiya sarayda təsərrüfat müdirəsi vəzifəsi ilə bağlıdır. İşçi Bukinqem sarayına tələb edilir. İllik maaş 17 778 funtdur. Bu da manat ekvivalentində hazırkı məzənnə ilə 37 min manat deməkdir. İş üzrə əsasən qadınlara, yaxşı zövqü olanlara və böyük otellərdə işləyənlərə üstünlük verilir. Yeri gəlmişkən, təsərrüfat müdirəsinə ildə bir dəfə 32 gün istirahət verilir.
Üçüncü vakansiya rəsm kolleksiyaları və interyer üzrədir. İşçi Uindsor sarayına tələb edilir. İllik məvacib 16 087 funtdur. Bu da manat ekvivalentində 33 min manata bərabərdir. İş üzrə müqavilə müddəti 2016-cı ilin oktyabr 2017-ci ilin iyun ayıdır. Kompüteri bilən və incəsənəti sevən namizədlərə üstünlük veriləcək.
Dördüncü vakansiya mətbəx işdir. İşçi Bukinqem sarayına tələb olunur. Əməkhaqqı illik 16 755 funt təşkil edir. Manat ekvivalentində 35 min manat. İş təcrübəsi elə də tələb olunmur. Çünki seçiləcək namizəd xüsusi kurslarda yetişdirilir. İşin tələblərinə stola qulluq etmək, səliqə-sahmana nəzarət etmək daxildir.
Beşinci vakansiya təmizlikçidir. Seçiləcək namizəd Uindsor qəsirini təmizləyəcək. Əməkhaqqı razılaşma yolu ilə təyin ediləcək. İşçi otaqların interyerinə nəzarət edəcək, eləcə də zalları, qalereyanı, iş otağını təmizləyəcək. (publika.az)
İnterpress.az