İrəvanda iki qiyamçı güllələndibackend

İrəvanda iki qiyamçı güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 02:00 radələrində polislərin açdığı atəş nəticəsində İrəvanda polis bölməsini tutan silahlı qrupun iki üzvü Aşot Petrosyan və Ovanes Arutyunyan ayaq nahiyyəsindən yaralanıb.

Bu barədə qiyamçıları dəstəkləyən \”Təsisedici parlament\” təşkilatının yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, yaralanan şəxslər xəstəxanaya çatdırılıblar. Bildirib ki, Artur Sarksiyan adlı şəxs öz avtomobilinə ərzaq məhsulu yığaraq polis mühasirəsini yarıb və qiyamçıların olduğu binaya yaxınlaşa bilib.

Polislər Arturun maşınını atəşə tutsalar da, o, ərzağı qiyamçılara çatdıra bilib. Təşkilat hadisə nəticəsində Arturun yaralanmadığını bəyan edib.

\”Təsisedici parlament\” xalqı hakimiyyətə qarşı birliyə səsləyib. (azvision.az)

İnterpress.az