Yüksək ballı abituriyentin qisməti insanları dəhşətə gətirdibackend

Yüksək ballı abituriyentin qisməti insanları dəhşətə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb.

Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

Ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub. Onların hər birinin 1999-cu il təvəllüdlü və Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir.

Faktor.az xəbər verir ki, yeniyetmələr 23 iyul tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında iştirak ediblər. Qəbul imtahanından yaxşı nəticə əldə etsələr də, sevincli anları yaşamaq onlara qismət olmayıb.(faktor.az)

İnterpress.az